Texnologiya nəhəngi Feysbuk istifadəçilərinin mesajları üzərində "homomorf şifrələmə" sistemi üzərində işləyir.
Teleqraf.com xəbər verir ki, yeni sistem şifrələmə və reklamları bir platformada toplayacaq.
Bu sistemlə istifadəçilərin şifrələnmiş məlumatlarını xam məlumatları görmədən araşdırmaq və təhlil etmək mümkündür. Feysbuk və üçüncü tərəf şirkətləri də şifrələmə və reklamları bu şəkildə birləşdirməyi hədəflədiklərini bildirilir.
Lakin istifadəçilər mesajlarının homomorfik şifrələmə üsulu ilə izlənilə biləcəyi üçün narazılıqlarını bildiriblər.
Sözügedən şifrələmənin instaqramda və feysbuk messencerdə aktivləşdirilə biləcəyi açıqlanıb.
Qeyd edək ki, Microsoft, Amazon və Google kimi şirkətlər də homomorfik şifrələmə sistemi üzərində işləyir.