Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından tranzit keçməklə gələn "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonunda müxtəlif adda olan 780 həb aşkar edilib.
Aşkar edilən dərman vasitələrindən "Alprazolam 1 mg" və "Phenobarbital 100" adlı dərmanlar "Azərbaycan Respublikasında dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı" na daxildir.