16 Avqust 2021 11:53
1 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Əfqanıstanın Herat şəhərində əmim qızı yaşayır. 1970-ci illərdə birlikdə böyümüşük. Təxminən əlli il ərzində onu görmədim. Dünən ona zəng vurdum. Səsindən qorxu hiss olunurdu. Mənə dedi ki, bütün uşaqları Heratdan Kabulda yerləşən sığınacağa qaçıblar və o, hazırda Taliban bayrağı altında bir şəhərdə oğlu ilə təkdir. Ürəyim ağrıdı, köməksiz qaldığını hiss etdim. Əmim qızının simaslında evindən qaçan, mövcud suallarla mübarizə aparan milyonlarla əfqan üçün narahatam. Hara gedəcəklər? Başlarına nə gələcək? Heç kim dəqiq deyə bilməz. Ən çox əfqan bacı-qardaşlarımdan narahatam.

Teleqraf.com xəbər verir ki, bu fikirləri əfqan əsilli məşhur amerikan yazıçı Xalid Hüseyni “Taliban” hərəkatının ölkə ərazisində vəziyyətə tam nəzarəti ələ keçirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Talibanın Əfqanıstanda hakimiyyətdə olduğu dövr dəhşətli görüntülərlə yadda qalmışdı:

“Xalqın döyülməsi, əllərinin kəsilməsi, stadionlardakı edamlar, tarixi əsərlərin vəhşicəsinə və mənasız şəkildə məhv edilməsi... Qadınlara sistematik şəkildə terrora məruz qalırdı. Azadlıqları, iş, təhsil, təhsil, zinət əşyaları taxmaq, dırnaqlarını uzatmaq və ya boyamaq, ictimai yerlərdə gülmək, hətta üzlərini göstərmək hüquqlarını əllərindən almışdılar. Əmim qızını bunalrmı gözləyir?

İyirmi il ərzində muxtariyyət, ləyaqət və mənlik əldə etmək üçün zəhmət çəkən saysız-hesabsız cəsur əfqan qadınları yenidən evlərində gizlənəcək? Küçələrdə döyüləcəklər? Qadınlara işləməyə icazə verilməyəcək? Qızların sinif otaqları boş qalacaq? Qadın simaları Əfqanıstan televiziyasından, qadın səsləri radiodan yox olacaq?”

Xalid Hüseyni bildirib ki, Talibanın dəyişib-dəyişmədiyini yalnız zaman göstərəcək: “Əgər Taliban dəyişməyibsə, barbar və insanlıqdan kənar qanunlarını uzun müddət əziyyət çəkən insanlara tətbiq etməyə mane olacaq bir şey yoxdursa, nə etməli? Oradakı qadın və qızların taleyi necə olacaq? Kömək haradan gələcək? Cavabini bilmirəm. Mən bu gün narahatam, qəlbim qırıqdır. Bu gün əfqan soydaşlarımızın itirilmiş ümidləri və istəkləri üçün yas saxlayıram.

Amerika qərar verdi və özüm də daxil olmaqla bir çox əfqanın qorxduğu kabus gerçəkləşdi. Hər şey nə qədər qaranlıq və ümidsiz görünsə də, dünya Əfqanıstanı unuda bilməz və unutmamalıdır.

Dünya milyonlarla Əfqanıstan qadınının kilidli qapılar və pərdələr arxasında məhv olmaması üçün əlindən gələni etməlidir. O qadınlar, bütövlükdə Əfqanıstan xalqı bundan daha yaxşısına layiqdir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər