23 Avqust 2021 00:28
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılan Vahid Əlaqələndirmə Mərkəzi avqustun 23-dən fəaliyyətə başlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.

Qeyd edilib ki, mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər təqdim ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

- müxtəlif arayışların verilməsi;
- əlilliyin müəyyən edilməsi,
- reabilitasiya vasitələri ilə təminat;
- məşğulluq xidmətləri;
- pensiya, müavinət və təqaüdlərin təyini;
- peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort tyovkaları ilə təminat.

Müdafiə Nazirliyi üzrə:

- şəhid və şəhid ailəsi statusu, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu;
- orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu;
- xəsarət və əlilliyin müəyyən edilməsi üzrə arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu;
- sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu.

Səhiyyə Nazirliyi üzrə:

- tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə:

- hərbi xidmətkeçmə haqqında arayış verilməsi;
- çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi;
- müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışların verilməsi;
- hərbi qeydiyyatda olma barədə arayış verilməsi.

Yerli icra hakimiyyəti orqanları üzrə:

- yaşayış sahəsinə ehtiyaca dair müraciətlərin qəbulu;
- yaşayış sahəsi üzrə növbəliliyin ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;
- ailə tərkibi barədə və digər arayışların verilməsi;
- şəhid adının əbədiləşdirməsi barədə müraciətlərin qəbulu.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə:

- səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu;
- immunoprofilaktikaya dair məlumat verilməsi;
- tibbi arayışların elektron registrindən məlumatların verilməsi.

Dövlət Sığorta Kommersiya Şirkəti üzrə:

- həlak olmuş, əlilliyi müəyyən edilmiş və xəsarət almış hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər