Təhsil Nazirliyi valideynlərdən COVID pasportu tələb etmir.
Teleqraf. com xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, 16-18 yaşlı şagirdlərə vaksinasiya məcburi deyil: "18 yaşdan yuxarı şagird və tələbələrin COVID pasportu olmalıdır. Ali təhsil müəssisələri ilə tələbələrin COVID pasportunun təqdim olunmasının asanlaşdırılması üçün məsələni müzakirə edib, ictimaiyyətə təqdim edəcəyik"