"Vaksinin təsirindən qaçan COVID-19 variantları olmazsa, qarşımızdakı 6-9 ay ərzində pandemiyanın bitəcəyini təxmin edə bilərik. Artıq tunelin sonunda işıq görünür".
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Klinik Mikrobioloji və İnfeksion Xəstəliklər Birliyinin rəhbəri, professor Alpay Azap deyib.
"COVID-19 simpoziumu"unda danışan Alpay Azap əvvəlki kimi sərt karantin rejiminin qeyri-mümkünlüyünü bildirib.
Professorun fikrincə, indi fərdlərin üzərinə böyük iş düşür: "Peyvəndlənməyə baxmayaraq yoluxmanın artması vaksinlərin gücsüzlüyündən yox, virusdan qorunma tədbirlərinin zəifləməsindən qaynaqlanır".
Alpay Azap hesab edir ki, hazırda vaksinlənmə ilə bərabər kontrollu sosial həyata da ehtiyac var: "Sona az vaxt qalıb, bir az da dişimizi sıxmalıyıq".