Hakim Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin kollektivi yeni təyin olunan baş redaktorla görüşüb.
Teleqraf.com xəbər verir ki, qəzetin heyəti keçmiş baş redaktor Hikmət Babaoğlu ilə vidalaşaraq yeni baş redaktor Alqış Musayevi (Həsənoğlu) qəbul ediblər.
Qeyd edək ki, Alqış Musayev 1997–2008-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olub.