12 Sentyabr 2021 17:58
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsi ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (ETSN) əməkdaşları tərəfindən araşdırılır.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər