14 Sentyabr 2021 14:33
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Leyla Medical Center"də dördəmlər dünyaya gəlib.

Tibb müəssisəsindən Teleqraf.com-a verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır.

Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): "Ananın və uşaqların vəziyyəti stabildir".

Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər