"Zəfər tarixi" dərsliyinin müəyyən bir hissəsi Qarabağın tarixi, ikinci hissəsi isə 44 günlük müharibə və onun nəticələrinə həsr olunub.
Bunu Teleqraf.com-a Təhsil Nazirliyi Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, "Zəfər tarixi" dərsliyi 5 nəfərdən ibarət müəllim kollektivi tərəfindən hazırlanıb: "Həmin müəllimlər ötən illərdə "Azərbaycan tarixi" və ümumi tarix dərsliyini yazan kifayət qədər səriştəli müəllif qrupudur".
Qarabağın tarixinə dair mənbələrə əsaslanan məqalələr, bundan başqa 44 günlük müharibədə şahidi olduğumuz hadisələr publisistik dildə yox, elmi üslubda dərsliyə daxil edilib".
“Zəfər tarixi” dərsliyinin müəllifləri Pərviz Ağalarov, Niyaməddin Quliyev, Hafiz Cabbarov, Ramil Tanrıverdi və Talıb Talıblıdır.