16 Sentyabr 2021 16:09
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın (Ələkbərov) apelyasiya şikayətinə baxılıb.

Bu barədə onun vəkili Mehman Muradlı məlumat verib.

Bildirib ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Xəttabın apelyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, M.Xəttab sentyabrın 9-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra M.Xəttab barəsində seçilmiş həbs qətimkan tədbirdən apelyasiya şikayəti verib./Report


Müəllif: Teleqraf.com