25 Sentyabr 2021 22:55
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 sentyabr 2021-ci il tarixində “YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsinə start verilib.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub.

Şuşa qalasının qarşısında baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Alızadə, şəhidimiz Şəhriyar Quliyevin valideynləri, şəhidlərimizin övladları iştirak ediblər.

Qonaqlar müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən söz açıblar. Onlar bu qələbənin əldə edilməsində canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən daim dərin ehtiramla yad edildiyini vurğulayıblar.

Sonra iştirakçılar Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhərağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər