25 Sentyabr 2021 22:16
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq, Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02:00 radələrindən başlanması, və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s- dək gückənəcək.


Müəllif: Teleqraf.com