27 Sentyabr 2021 19:21
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə mübarizəni, eləcə də virusun ortaya çıxma səbəbini siyasiləşdirmək yolverilməzdir.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Belarus Xarici işlər naziri Vladimir Makey çıxış edib.

O bildirib ki, dünya il yarımdan artıqdır COVID-19 pandemiyasının girovluğundadır: "Virus milyonlarla insanın həyatına son qoyur, geri dönməz sosial və iqtisadi itkilərə səbəb olur, bir çox mənfi qlobal proseslərə gətirib çıxarır. Hesab edirik ki, virusun mənşəyini öyrənmək də daxil olmaqla, bu mövzunun siyasiləşməsinin qarşısını almağın mühüm əhəmiyyəti var".

Nazir ÜST çərçivəsində sağlamlıq tədbirlərini Belarusun tam dəstəklədiyini bəyan edib.


Müəllif: Mahir

Oxşar xəbərlər