Sentyabrın 27-də - Anım Günündə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Füzuli rayonunun Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlər üçün yaradılan abidəni ziyarət edib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.