30 Sentyabr 2021 13:18
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük sodalı gölü olan Vanın suyu ilə hazırlanan sprey koronovirusun yayılmasının qarşısını alır.

Teleqraf.com xəbər verir ki, spreyi türkiyəli mütəxəssis Harun Cansız hazırlayıb.

Mütəxəssisin 60 koronavirus xəstəsi üzərində apardığı araşdırma zamanı 30 xəstə bu spreydən istifadə edib. Sprey istifadə edən xəstələrin daha az virus daşıyıcısı olduğu aşkarlanıb. Həmin xəstələr virusu daha yüngül keçiriblər.

Tədqiqatlarda iştirak edən mütəxəssis Mehmet Tatlı bildirib ki, mütəmadi olaraq Van gölündə çimən şəxslərin digər insanlarla müqayisədə virusa yoluxma şansları daha azdır: “Van gölündə çimənlər indiyə qədər koronavirusa yoluxmayıblar. Yoluxanlar isə xəstəliyi yüngül keçiriblər. Van gölünün suyu soda və qələvi ilə zəngindir. Normal dəniz suyu spreylərinə nisbətən pH dəyəri 7-8 arasındadır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər