Rusiyada koronavirusun "mü" ştammına 3, "lyambda" ştammına bir yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Epidemiologiya Mərkəzi Elmi-Tədqiqat İnstitutunun direktoru Vasili Akimkin məlumat verib.
Onun sözlərinə görə, hazırda Rusiyada yoluxma hallarında koronavirusun "delta" ştammı dominant mövqedədir.