1 Noyabr 2021 14:59
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil naziri Emin Əmrullayev nümayəndə heyəti ilə birgə Türkiyədə səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir "facebook" hesabında məlumat yayıb.

"Noyabrın 1-də Təhsil Nazirliyinin nümayəndə heyəti ilə birlikdə qardaş ölkəyə səfər çərçivəsində Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerlə görüşdük. Görüş zamanı iki ölkə arasında ümumi təhsil və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin gələcək perspektivləri müzakirə olundu. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un icrasından irəli gələn məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldı", - E.Əmrullayev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər