Bu gün Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda vaksin millətçiliyi barədə fikirlərini bildirib. Vaksinləşmə inkişaf etmiş ölkələrdə 60-70 faizə çatıb, inkişaf edən ölkələrin bir çoxunda isə bu rəqəm 10 faiz deyil.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov deyib:
"Təbii ki, bu, qeyri-bərabər, ədalətsiz yanaşmadır. Bu, qlobal pandemiyadır, hansısa bir ölkə onu təkbaşına bitirə bilməz. Pandemiyaya qarşı bütün ölkələr birlikdə mübarizədə birləşməlidilər ki, problem tez bitsin".