Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.
Bu barədə Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.