COVID-19 pandemiyası ilə mübarizədə istifadə edilən 26 min ton plastik tullantıların okeanları və dənizləri çirkləndirdiyi ortaya çıxıb.
Teleqaf.com xəbər verir ki, Çinin Nankin Universitetinin mütəxəssisləri pandemiya dövründə ətraf mühitin çirklənməsi ilə bağlı mühüm araşdırma aparıblar.
Tədqiqatçılar pandemiya başlayandan bəri mübarizə çərçivəsində istifadə edilən 26 min ton plastik tullantıların okeanlara və dənizlərə çatdığını irəli sürüblər.
Ümumilikdə 193 ölkədə 8,4 milyon ton plastik tullantılar meydana gəlib.
COVID-19 pandemiyası birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklərə tələbatı artırıb. Bu, artıq plastik tullantılara nəzarəti ortadan qaldırıb.