11 Noyabr 2021 14:45
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədindən çox uzaqdır.

Teleqraf.com xəbər verir ki, bunu məşhur iqlim təhlili koalisiyası olan “Climate Action Tracker” (CAT) açıqlayıb.

Koalisiyanın təhlilinə görə, ölkələrin qarşıya qoyduğu qısamüddətli hədəflərə əsasən, temperatur artımları bu əsrin sonuna qədər 2,4 dərəcəni keçəcək. Bəyanatda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) qəbul edilmiş öhdəliklər sayəsində istiləşmənin 1,9 və ya 1,8 dərəcə selsi səviyyəsində saxlanıla biləcəyinə dair nikbin proqnozların ziddiyyət təşkil etdiyinə diqqət çəkilib.

“Climate Analytics”in baş direktoru Bill Hare bildirib ki, bəzi ölkələrin “COP26”da istiləşmənin 1,5 dərəcə həddini real göstərməyə çalışmasından narahatdırlar: “Bu səviyyədən çox uzaq olduğumuz üçün ölkələr 2030-cu il üçün 1,5 dərəcə ilə uyğun gələn qısamüddətli hədəflər təyin etmək ehtiyacını düzgün qiymətləndirmir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər