30 Noyabr 2021 14:20
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər yanacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, SOCAR-ın Qaz İxrac İdarəsinə məxsus “Zaqatala” və “Balakən” QPS-lərdə quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədar sabah dekabrın 1-də saat 09:00-da qaz təchizatı işlər bitənə qədər dayandırılacaq.

Qaz təchizatının dayandırılması Zaqatala (rayon mərkəzi və rayonun 10 kəndi) və Balakən rayonlarının (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək.

“Azəriqaz” müvəqqəti narahatlığa görə abunəçilərdən üzv istəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər