1 Dekabr 2021 12:26
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatım boyu türk dünyasına sevgim olub və bu, mənim üçün həmişə güc qaynağı olub. Türkiyə, Azərbaycan, bütün türk dünyasına vəfa borcu olmadan, sevgi bəsləmədən elm adamı ola bilmərəm.

Teleqraf.com xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qazandığı uğurların mərkəzində türk dünyasına sevgisi dayanır: "2017-ci ildə Azərbaycana gəlmişdim. Orada Rasim Şərifov sual-cavabda mənimlə söhbətləşdi. Dedi ki, bugünkü xəyalın nədir? Təbii ki, o məndən elmi cavab gözləyirdi. Dedim, mən türk dünyasının birliyini görmək istəyirəm. Bu mənim ən böyük xəyalımdır.

Bilmirəm, türk dünyası birliyini görə biləcəm, ya yox. Bu mənim uşaqlıq arzumdur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər