Pandemiya dövründə Türkiyə Universitetlərinin sınaqdan yaxşı keçdiyini düşünürük. Dünyadakı digər universitetlər kimi Türkiyədə də pandemiya dövründə əyani tədris dayandırılaraq onlayn təhsilə keçid edildi.
Teleqraf.com xəbər verir ki, bunu YÖK rəhbəri Erol Özvar UNEC İqtisadi Forumunda deyib.
O bildirib ki, distant təhsil sistemində olan problemləri aşkarlayıb:
"Post-pandemiya dövrünə tez keçid etdiyimizi düşünürəm. Bu baxımdan Türkiyədə dərslərimizdə, universitetlərimizdə hər hansı gecikmələr olmadı. Əslində bütün dünyada universitetlər bir-birini izlədilər. Bəzi ölkələrdə daha sürətli intibah keçirdi. Bu il bütün universitetlərdə əyani tədrisə başladıq. Türkiyədə bütün universitetlərin dərslərin 40 faizini onlayn keçmək kimi haqqa sahibdirlər. Bu baxımdan seçim universitetlərdən asılıdır. Türkiyədə hazırda hibrid tədris sistemi tətbiq olunur. Amerika kimi ölkələrdə də təhsil bu üsulla davam edir".