3 Dekabr 2021 16:09
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində qazandığımız tarixi Qələbənin - Zəfər Gününün birinci ildönümü ərəfəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası həyata keçirilib.

Teleqraf.com-un xəbərinə görə, amnistiya aktı ilə sərbəst buraxılanlar arasında 2 azyaşlı da var.

Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

Qeyd edib ki, hər iki məhkum tərbiyə müəssisəsindən sərbəst buraxılıblar.

Qeyd edək ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibəti ilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnistiya aktı tətbiq edilib.

5 noyabr tarixindən başlayan amnistiya 4 ay müddətində davam etdiriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər