Ucarda bu gün axşam saatlarında baş verən avtomobil qəzasında 3 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, , hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
99 LN 502 dövlət nömrə nişanlı “Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Nəticədə Ağdaş rayon sakinləri-1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları- 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.