"YAŞAT" Fonduna daxil olan müraciətlərin cavablandırılması 1 həftəyə qədər azaldılıb. Amma müəyyən məqamlarda gecikmə halları olur. Buraya bankla bağlı prosedurları qeyd edə bilərik. İstisna müraciətlər tibb sahəsidir. Biz bu müraciətlərə dərhal reaksiya veririk".
Teleqraf.com xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov mətbuat konfransında deyib.
O bildirib ki, yeni layihələr olacaq: "Fondun 2022-ci illə bağlı tədbirlər planı hazırlanıb. Lənkəran şəhərində "YAŞAT" düşərgələri təşkil olunanda şəhid övladları digər rayonlarda da belə düşərgələrin yaradılmasını xahiş etdilər. Biz bu xahişi yerinə yetirəcəyik. Digər layihələrlə bağlı əlavə məlumatlar veriləcək".
Elvin Hüseynov qeyd edib ki, Türkiyə Respublikasına göndərilən qazilərin sayı 150-ni keçib: "Türkiyə bizə dost və qardaş ölkə olduğu üçün qazilərimizi onlara əmanət edə bilirik. Türkiyəni seçməkdə digər səbəb dil məsələsidir. Qazilərimiz öz narahatlıqlarını rahat ifadə edə bilirlər.
Qazilərimizin bütün əməliyyatları Türkiyə səhiyyəsində mövcuddur. Yox cavabını aldığımız halda alternativ ölkələri düşünə bilərik. Bu günə qədər bütün müraciətlərimizə müsbət cavab verilib".