9 Dekabr 2021 13:12
306
12 Punto 14 Punto 16 Punto 18 Punto

BP şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanan müqaviləyə əsasən, layihənin ilk addımı olaraq bərpaolunan enerji sahəsində əməkdaşlıq baş tutacaq. Layihənin növbəti ildən başlaması planlaşdırılır. Burada iki istiqamət var. Mövzu bərpaolunan enerji mənbələridir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir BP şirkəti ilə imzalanan müqavilənin əhəmiyyəti barədə bunları qeyd edib: "Layihə Azərbaycanın təhsil prosesində iştirak edən tələbələrə və alim heyətinə yönləndiriləcək. Hazırda layihə çərçivəsində Türkiyə və Böyük Britaniyadan olan universitetlərlə də əməkdaşlıqların qurulmasına çalışırıq".


Müəllif: Aysel Azad