16 Dekabr 2021 12:10
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər cəmiyyətdə 12 illik təhsilə keçidlə bağlı müzakirələr aparılır. Hesab edirəm müəyyən ciddi hazırlıqlar həyata keçirildikdən sonra ölkəmizin 12 illik təhsilə keçidi təhsilimizin inkişafına töhfə verə bilər.

Bunu Teleqraf.com-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Komitə üzvü hesab edir ki, bu gün dünyanın əksər ölkələrində 12 illik təhsil tətbiq olunur:

“Bu, həmçinin bizə təhsili daha sistemli təşkil etməyə, dərs saatlarını artırmağa imkan verəcək. Eləcə də xarici ölkələrdə bizim gənclərimizin təhsillərini uğurla davam etdirmələrinə öz təsirini göstərəcək”.

Millət vəklinə görə, bununla beynəlxalq təcrübəyə keçmiş olacayıq:

“Bu təhsillə bağlı bir sıra hallarda tələbələrimizin xarici ölkələrdə üzləşdiyi çətinliklərin həllinə öz müsbət təsirini göstərəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər