“Apple” şirkəti Nyu Yorkda yerləşən mağaza filiallarını müvəqqəti bağlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkət rəsmi saytında açıqlama yayıb.
Məlumata görə, mağaza rəhbərliyi bağlanışa səbəb olaraq COVID-19 virusunun omikron varyantının sürətlə yayılmasını göstərib.