28 Dekabr 2021 10:58
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmr imzalayıb.

Əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər