28 Dekabr 2021 14:14
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

İncəsənət xadimlərinin maddi durumu ilə bağlı məsələləri böyük həssaslıqla qarşılayırıq. Onlar müxtəlif mükafatlar, fəxri adlar alan şəxslərdir. Mədəniyyət Nazirliyinin onların maddi durumunun yaxşılaşdırılması ilə bağlı hər hansı bir maddi mexanizmi yoxdur. Bununla bağlı nazirliyə heç bir maddi vəsait də ayrılmır.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr" adlı mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir qeyd edib ki, bu məsələ onların diqqətindədir:

“Hazırda müxtəlif dövlət qurumları ilə çalışıb bir mexanizm fikirləşirik, bəlkə də bir sosial fond yaradıla bilər. Bu fond vasitəsilə mədəniyyət sahəsində çalışan, çalışmış və Azərbaycan mədəniyyətinə töhfə vermiş şəxslərə köməklik göstərməyi düşünürük. Bu, nazirlik üçün çox önəmli layihədir. Hesab edirik ki, bu, bizim borcumuzdur. Burda çox önəmli məsələ şəffaflığın təmin edilməsidir. Fond yaradılsa, çalışıb orda maksimum dərəcədə şəffaflığı təmin etməliyik. Bunu nə qədər tez təmin edə bilsək, fond məsələsini də o qədər tez həll edərik".

Qeyd edək ki, son zamanlar əməkdar artist Novruz Qartal, "Qızıl Dərviş” mükafatçısı Oruc Qurbanov və başqa mədəniyyət sahəsində xeyli xidmətləri olan incəsənət nümayəndələrinin maddi durumunun zəif olması, kirayədə qalması, xüsusilə də Oruc Qurbanovun mədəniyyət nazirinə açıq məktub yazaraq, mənzillə təmin edilməsini və Prezident təqaüdü verilməsinə köməklik göstərməsini istəməsi barədə müzakirələr aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər