Fevral ayının 15-dən sonra COVID sertifikatlarının müddəti 6 aylıq müəyyən edilir.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, müddəti keçmiş pasportlar etibarsız hesab olunacaq:
"Vətəndaşlardan buster doza vurulması xahiş olunur. Əks halda COVID pasportu ilə məhdudiyyəti tətbiq olunan məkanlara giriş qadağan ediləcək. 2-ci doza vaksindən 5 ay sonra buster doza tətbiq edilə bilər".