18 Noyabr 2014 17:06
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstə və sağlam orqanın enerjisini müəyyən etməklə, ölçməklə, riyazi hesablamaqla sağlamlığa yeni baxış

Elm və insanlıqda tamlığa doğru.Tamlıq isə sadəlikdən, yəni hüceyrələrdən ionlardan başlayır.

Sadə üsul təklif edirik. Ən əvvəl eksprementdə heyvanlar üzərində sağlam orqanın enerjisi ölçülür, sonar isə həmin orqanda müvafiq xəstəlik modeli yaradılır və yenə həmin xəstə orqanın enerjisi-hərəkəti ölçülür.Hərarəti ölçmək üçün yəqin ki, müvafiq strukturlar lazım olan cihazı düzəldə bilərlər.Mükəmməl cihaz olsa bir başa xəstələr üzərində də ayrı-ayrı xəstəliklər zamanı enerjinin dəyişməsini müəyyən etməklə tibbə çox sahəli müsbət yeniliklər gətirmək olar.

Bu təklifin kökündə ionların yerdəyişməsi ilə əlaqədar , həyatda mövcud olan oyanma və ləngimə reaksiyaları zamanı enerjinin artması və ləngiməsi durur.Məsələn, xəstənin diaqnozu qaraciyərin hepatit xəstəliyidir.Bu zaman müvafiq analizlərlə yanaşı, orqanın hərarətinin də dəyişməsinin cavabını bilsək, çox ekonomik və daha çox müsbət dəyişiklik törədən dərman və qida müalicəsini apara bilərik.Həmçinin insanların çəkilərini də düzgün nizamlamaq olar.

O, cümlədən kompleks dərman sənayesində də dərmanların törədə bildiyi enerjini öyrənmək olar.

Hələ orta məktəbdə Mendeleyev cədvəli üzrə oyandırıcı və ləngidici reaksiyalara səbəb olan ionları müəyyənləşdirməklə şagirdlərə həyatın, yaşayışın , sağlam ruh və düşüncənin , xəstələnmənin və məhv olmanın fundamental köklərini açmaq olar.

Bu barədə ilk dəfə təqribən 10 il əvvəl Tibb Universitetinin “Təbib” qəzetində qısa məlumat , sonralar isə 2014 –cü il mayın 12-də “ Gündəlik teleqraf” , “Millət” saytında, “Millətim” qəzetində və.s. mətbuatda bu haqda geniş yazılı izahlar verildi ki, ionların-enerjinin dəyişkənliyini əsas götürməklə tədrisin də fundamental istiqamətlərini müəyyənləşdirmək olar.

Elm və tədrislə bağlı olan yazıları çox oxumayan insanlarımız təkcə, “Günəlik Teleqraf” saytındakı məqaləni 700-dən çox oxucu oxumuşdur.

İki il əvvəl Azərbaycan Tibb Universitetinin qonağı olmuş Nobel mükafatı laueratı , kimyaçı alim Ada xanıma da müvafiq mürraciət etmişdim ki, yeni dərman maddələrinin öyrənilməsində əsas istiqamət kimi hüceyrədə enerji və tənəffüs mənbəyi olan mitoxondrilərə daha çox üstünlük verilsə, dərmanların məsələn, çox törətdikləri allergic reaksiyalar da az olardı.

Dünyada hər hadisəni enerji törədir, enerji üstündə baş verən prosesləri görürük, yaşayırıq.Onda nəyə görə xəstəliklər zamanı enerjinin dəyişməsini müəyyən etməyək?! Yoxsa, dünya texnologiyasının bu qədər inkişafı qarşısında orqanizmdə enerjinin dəyişməsini ancaq qoltuq altına qoyulan sadə cihaz bəs edər? Texnologiyanı insanları qırmağa deyil, insanların sağlamlıqlarını və xəstəliklərini öyrənməyə yönəltmək lazımdır.

Azərbaycanımızda da müvafiq fikir və ideyaları həyata keçirmək olar.Sadecə Azərbaycanı bir Müstəqil Dövlət kimi istəmək və Azərbaycan adının hər birimiz tərəfindən dünyada yüksəkdə durmağına çalışmalıyıq.

Çox təəssüf ki, dünyanı idarə edən güclər ancaq məhedici silahların yeni növlərinin yaradılmasında maraqlıdırlar. Bu isə artıq patoloji düşüncədir.

Aydın Əliyev,

Tibb Universitetinin farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru.


Müəllif: