12:13
Azərbaycanda 2022-ci ilin ilk uşağı ekiz doğulub.
Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, körpərər Gəncə Regional Pernatal Mərkəzdə dünyaya gəlib.
Bərdə rayon Qarağaclı kənd sakini Gültəkin Kərimovanın dünyaya gətirdiyi övladlar oğlan uşağıdır.
Körpələr bu gecə saat 02-00 və 02-02 də doğulub. Körpələrdən birinin çəkisi 1 kq 900, ikinci uşağın çəkisi isə 1 kq 600 qramdır.
Uşaqlar erkən doğulduğu üçün süni nəfəs aparatına qoşulub və hazırda səhhətləri normaldır.