Aparılan tədqiqatlar göstərir ki, qadınların 40 faizi mütəmadi ginekoloji müayinələrdən keçmirlər.
Teleqraf.com xəbər verir ki, heç bir şikayətiniz yoxdursa, hətta cinsi akt baş vermirsə, bu halda da ginekoloji müayinə və analizlər mütəmadi olaraq aparılmalıdır.
Səbəb odur ki, bir çox xəstəliklər simptomsuz keçə bilər. Onları ilkin mərhələdə aşkar edib sağaltmaq üçün mütəmadi müayinələrdən keçmək şərtdir.
Ginekoloq müayinəsindən əlavə, hər 6-12 aydan bir müəyyən testlərdən keçmək vacibdir.
Bunlar hansılardır?
1. Yaxma analizi - müxtəlif məqsədlər üçün alınır. Məsələn, mikrofloranın tərkibini, həmçinin yoluxucu və iltihablı prosesləri müəyyən etmək üçün vacibdir.
2. Hormonal müayinə - bir qadının hormonal güzgüsü onun həyatının bütün sahələrinə təsir göstərir. Pozulmuş hormonal fon, dəri və cinsi funksiya, menstruasiya pozuntuları, qıcıqlanma, hətta erkən menopauza ilə bağlı problemlərə səbəb olur.
Sağlamlığınıza laqeyd yanaşmayın, vaxtında müraciət edin. Unutmayın ki, vaxtında lazımi müayinələr sağlamlığımızın və dincliyimizin açarıdır.