8 Yanvar 2022 12:05
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus son həftələr ərzində COVID-19 virusuna yoluxma sayında artımın müşahidə olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ÜST rəhbəri bir həftə ərzində dünyada testlərlə bağlı yaşanan problemlərə görə 9.5 milyon şəxsin COVID-19 test nəticəsi müsbət olduğunu bildirib.

ÜST-ün statistikasına görə, son həftə ərzində dünyada 41 178 nəfər COVID səbəbilə dünyasını dəyişibsə, ötən həftə bu say 44 680 olub.

Gebreysusun sözlərinə görə, omikron ştammına yoluxanlar delta ilə müqayisədə xəstəliyi daha az ağır keçirir: “Lakin bu o demək deyil ki, xəstəliyin yüngül keçdiyini düşünək. Digər variantlar kimi omikrona yoluxanlar da xəstəxanaya yerləşdirilir və aralarında ölənlər də var. Yoluxma sürəti o qədər çoxdur ki, dünyanın hər tərəfində insanların işi çətinləşib”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər