9 Yanvar 2022 08:32
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyası iki ildən artıqdır ki, davam edir. Virusun variantlarının çoxalması isə pandemiya ilə mübarizəni çətinləşdirir.

Teleqraf.com xəbər verir ki, son zamanlar yayılan mövsümi qrip xəstəliyi isə bir çox insanın COVID və qripi fərqləndirməsində çətinliklər yaradır.

Xüsusilə, bəzi mənbələrdə omikron variantı ilə qrip virusunun əlamətlərinin bənzər olduğu qeyd olunur. Bəs virusları necə ayırd edək?

Adı çəkilən infeksiyalarda müşahidə olunan 12 əlaməti və fərqlərini təqdim edirik.

Yüksək hərarət, halsızlıq, quru öskürək, burunun tutulması – bu əlamətlər COVID-19, omikron variantı və qripdə müşahidə olunur.

Dad və iybilmə hissinin itməsi, sinədə ağrı – bu iki əlamət COVID-19-a yoluxma zamanı tez-tez qeydə alınsa da, omikron variantı və qripdə baş vermir.

Asqırmaq – COVID-19 və omikrona yoluxma zamanı müşahidə olunmasa da, qripdə bu əlamət geniş yayılıb.

Nəfəs almada çətinlik, halsızlıq – bu əlamətlər COVID-19 və omikrona yoluxma zamanı qeydə alınsa da, qripdə olmur.

Burun axması – COVID-19-da baş verməsə də, qrip və omikrona yoluxmada müşahidə olunmaqdadır.

Boğaz ağrısı və ishal – bu əlamətlər isə COVID-19 və qripdə nadir hallarda qeydə alınsa da, omikrona yoluxma zamanı baş vermir.


Müəllif: Aysel Azad