13 Yanvar 2022 16:37
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baytarlıq təbabəti üzrə elmlər namizədi azdır. Çünki bu, spesifik sahədir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün bizə məsələn hüquq sahəsi üzrə 10 nəfər elmlər namizədi lazım olsa, bu istiqamətdə 15-20 nəfər gəlib sənəd verəcək:

“Bu gün baytarlıq təbabəti ixtisası ölkədə bir Aqrar Universitetdə, bir də Baytarlıq Elmi-Tədqiqat İnstitutundadır. Yəni, bu çox məhdud saydadır. Amma mənim göstərişimlə illərdir biz tələbələri III kursdan izləyirik. Yaxşı tələbələri seçirik, onların magistraturaya qəbul olunmasına dəstək veririk, onlar üçün əlavə müəllim tuturuq, hazırlaşdırırıq. Lakin onların yetişməsi istənilən halda 7 il çəkir. Yəni, bir nəfər magistraturaya qəbul olunub, dərəcə alması 7 il vaxt alır. Bu sahədə peşəkarların azlığı sahəyə marağın olmamasından deyil, prosesin uzun olmasından irəli gəlir".


Müəllif: Səxavət

Oxşar xəbərlər