İlk dəfə işğaldan azad olunmuş ərazilərə avtobuslarla müntəzəm sərnişin daşımaları həyata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, proses mərhələli şəkildə olacaq: "Marşrutların yoxlanılması məqsədilə 4 sınaq yürüşü həyata keçirilib və müvafiq marşurutların seçilməsinə başlanılıb".