19 Noyabr 2014 23:08
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qanvermə aksiyası keçirilib.

Teleqraf.com-a Heydər Əliyev Fondundan verilən məlumata görə, Fondun təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” qanvermə aksiyasına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin (İB) “Abşeronneft” və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin kollektivləri də qoşulublar.

Aksiyada “Azneft” İB-nin dənizdə və quruda yerləşən müxtəlif mədən sahələrində çalışan 200-dən çox neftçisi iştirak edib.

Bu il üçün tərtib olunan qrafikə əsasən ARDNŞ-in bütün idarə və müəssisələrində keçiriləcək aksiyada 5 mindən çox əməkdaşın iştirakı nəzərdə tutulur. Kampaniya 2015-ci ilin aprelinədək davam edəcək.


Müəllif:

Oxşar xəbərlər