21 Yanvar 2022 12:23
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş "zefer.az" saytının təqdimatı keçirilib.

Teleqraf.com verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirin moderatoru Prezident Administrasiyasının əməkdaşı Humay Qasımova 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş “zefer.az” saytının təqdimat mərasimini açıq elan edib.

Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc, “azvision.az” saytının baş redaktorunun müavini Səbinə Həsənova və Xüsusi təyinatlı qüvvələrin kapitanı, Vətən müharibəsi qazisi Vasif Dilavərzadə çıxış ediblər.
Qeyd edək ki, təqdimatın keçirilməsinə Heydər Əliyev Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi və Medianın İnkişafı Agentliyi dəstək verib.

***

11:42
Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunan "zefer.az" saytının təqdimat mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Humay Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media təmsilçiləri iştirak edirlər.

Tədbir Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra mərasimdə Vətən müharibəsinə həsr olunan videoçarx təqdim olunub.


Müəllif: Teleqraf.com