25 Yanvar 2022 20:24
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan media məkanında yeni informasiya portalı fəaliyyətə başlayır. Sitat.info adlı saytın təsisçisi və baş redaktoru aparıcı, jurnalist Nərgiz Liftiyevadır.

Günün ən vacib xəbərlərini, gündəmin əsas hadisələrini oxuculara çatdıracaq saytda təhlil materialları, analitik yazılar yer alacaq.

Eyni zamanda Sitat.info saytı multimedia imkanları ilə də izləyələrə faydalı olacaq.

Qeyd edək ki, Nərgiz Liftiyeva bir neçə ildir, "Yeni Müsavat" qəzetinin müxbiri və TV Musavat-ın aparıcısı idi. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində isə magistr təhsili alıb.

Həmkarımıza uğurlar diləyirik!


Müəllif: Teleqraf.com