27 Yanvar 2022 13:30
228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycana gələn "Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitəsitələri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Teleqraf.com-un Komitəyə istinadən verdiyi məlumata görə, bu zaman hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildiriblər.

Lakin gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 4 600 ədəd "Marlboro touch" markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com