28 Yanvar 2022 16:18
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, bu günə qədər Şuşa və Ağdam şəhərinə 8 reys həyata keçirilib və toplamda isə 259 sərnişin daşınıb.

Bakı→Şuşa→Bakı istiqamətində 47 (1 reys) , Əhmədbəyli→Şuşa→Əhmədbəyli 69 (3 reys), Bakı→Ağdam→Bakı 67 (2 reys), Bərdə→Ağdam→Bərdə 76 (2 reys) sərnişin daşınıb.

Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareyslər ilə uzlaşdırılacaq.

Bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.


Müəllif: Teleqraf.com