2 Fevral 2022 18:14
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri Şəki şəhərində vətəndaşlarla görüş keçiriblər.

Teleqraf.com xəbər verir ki, "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərini səsləndiriblər.

Şəki şəhər sakini Qüdrət Bəkirov şəhərin 119A kvartal ərazisində övladı, 2-ci qrup həqiqi hərbi xidmət əlili Ramiz Bəkirli üçün inşa etdirdiyi fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.

Vətən müharibəsinin iştirakçısı Pənah İsrafilov ucqar ərazidə yerləşən Baş Zəyzid kəndinin qazlaşdırılmayan bəzi hissələrinin təbii qazla təmin olunmasını xahiş edib.

Aksiyaya Qax rayonunun Əmbərçay kəndindən üz tutan Əhmədiyə Omarov bu kənddə mavi yanacağın olmadığını bildirib. Daxil olan bütün müraciətlər Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov tərəfindən cavablandırılıb. Görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov da qaz təchizatı ilə bağlı bir sıra məsələləri Birliyin məsul şəxslərinin diqqətinə çatdırıb.

Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 40-cıdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər