Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Həsən Əliyev küçəsi 17-də yerləşən binası sökülüb yenidən tikiləcək.
TQDK-nın Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qurumun səlahiyyətlərinin artırılması hazırkı binada fəaliyyət imkanlarını məhdudlaşdırır. Odur ki, yeni bina tikilənə qədər TQDK Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında, bəzi şöbələri isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.
Qeyd edək ki, tqdk.gov.az saytında Əlaqə məlumatları bölümündə göstərilib ki, TQDK dekabr ayından Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1a. ünvanında fəaliyyət göstərəcək. Qururmun bəzi şöbələri isə Bakı Asiya Universitetində artıq fəaliyyətə başlayıb. Mətbuat Xidmətindən bildirildi ki, dərsliklərin monitorinqi bu universitetdə aparılır. Tikintinin nə vaxt başlanması, başa çatması və istifadəyə verilməsi ilə bağlı isə konkret məlumat yoxdur.
NİGAR