Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi ilə müstəqil Azərbaycan Respublikasının ilk baş naziri (1990-1992) və xarici işlər naziri (1993-1998), dövlət və siyasi xadimi, diplomat Həsən Həsənovun müəllifi olduğu “Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” adlı kitabı dərc olunub.
Bu barədə Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Kitabda 1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin qəbulu prosesindən bəhs olunur. Azərbaycanın BMT yanındakı nümayəndəliyinin ilk rəhbəri olmuş Həsən Həsənov şəxsi təcrübələri əsasında kitabda Ermənistan-Azərbaycan münaqişəsi fonunda missiyanın formalaşmasından, fəaliyyətindən və üzləşdiyi çağırışlardan yazır.
Vəsait rus dilində nəşr olunub.
Kitab ADA Universitetinin Elmi Şurası tərəfindən beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr üçün əlavə tədris vəsaiti kimi tövsiyə olunub.
Aşağıdakı linkə daxil olaraq kitabın elektron versiyasını oxumaq və yükləmək mümkündür:
https://aircenter.az/uploads/files/Gassanov%20Book%20son.pdf