10 Fevral 2022 12:24
2 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rossotrudniçestvo” rəhbərinin müavini kimi, bütün MDB ölkələrinə səfər etmək və oradakı həmvətənlərlə görüşmək niyyətindəyəm”.

Teleqraf.com xəbər verir ki, bunu sözügedən qurumun rəsmisi Natalya Poklonskaya deyib.

“Soydaşlarımızla görüşmək, onların necə yaşadıqlarını, hansı problemlərlə üzləşdiklərini eşitmək, onların həllinə köməklik göstərmək məqsədilə bütün MDB ölkələrinə səfərlər planlaşdırıram”, - Poklonskaya bildirib.

Fevralın əvvəlində Rusiya Prezidenti Vladimir Putin Poklonskayanı “Rossotrudniçestvo”nun rəhbərinin müavini təyin edib. O, yeni vəzifəsində xaricdəki rusların hüquqlarının müdafiəsinə, eləcə də mədəniyyət və incəsənət şöbəsinə nəzarət edir.

“Rossotrudniçestvo” Müstəqil Dövlətlər Birliyi və Xaricdə Yaşayan Soydaşlar və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlikdir.

Natalya Poklonskaya 2021-ci ilin oktyabrında Putinin sərəncamı ilə Kabo-Verdeyə səfir təyin edilsə də, bundan imtina etmişdi. O, bundan əlavə, 2014-2016-cı illərdə “Krımın prokuroru” olub.

MDB-yə isə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Tacikistan daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər